Potensial İstehsalçıları siyahısında olan istehsalçının təklif verməsi Yüklə

Potensial İstehsalçı istifdəçi adı və şifrəni daxil edərək öz şəxsi kabinetinə daxil olur və şəxsi kabinetdə aşağıdakı menyu əks olunur

menyusunun təsviri aşağıdakı kimidir.

“Potensial istehsalçı məhsulları” alt menyusunda Potensial istehsalçının yetişdirdiyi məhsullar haqqında Kənd Təsərrüfatı İdarəsi (məhsulun yetişdirildiyi

ünvandan asılı olaraq həmin rayonun Kənd Təsərrüfatı İdarəsi nəzərdə tutulur ) tərəfindən daxil edilmiş məlumat əks olunur.

Potensial istehsalçı bu alt menyuda göstərilən məhsulları satmaq istəyini bildirə bilər. Bunun üçün hər bir məhsulun qarşısında olan

düyməsini basmaqla “Satışa Hazırla” sözünü seçməlidir.Bu hal aşağıdakı şəkildə əks olunub.

“Satışa Hazırla” düyməsini basdıqdan sonra məhsul haqqında məlumatları doldurmaq üçün yeni səhifə açılır.

Şəkildən göründüyü kimi bu səhifədə bəzi xanalar artıq dolub.Qalan xanaları da potensial istehsalçı doldurmalıdır.

Potensial istehsalçı hər bir məhsul üzrə ayrıca tədarük təqvim planı tərtib edir.

Təklif ediləcək məhsulun gələcəkdə tədarük qrafiki təyin edilir. Bu qrafik gündəlik, həftəlik, aylıq, rüblük və illik təyin edilə bilər. Bu qrafikdən birini seçdikdən

sonra aylar seçilir. Hər bir seçilmiş aylar üzrə ayrı-ayrılıqda məhsulun həcmi, qiyməti (bir ölçü vahidinə düşən), tədarük günü təyin edilir.

Əgər Potensial istehsalçını Kənd Təsərrüfatı İdarəsi tərəfindən tədarük ediləcək məhsul üzrə daxil edilən həcm qane

etmirsə və potensial istehsalçı göstərilən ümümu həcmdən çox və ya az tədarük edə bilərsə, onda aylar üzrə məhsulu özünün təyin etdiyi həcmlə verə

bilər. Əks halda şəkildən göründüyü kimi Kənd Təsərrüfatı İdarəsi tərəfindən daxil edilən həcm potensial istehsalçı tərəfindən seçılən aylar arasında

bərabər bölünür.

Əgər Kənd Təsərrüfatı Nazirliyi həmin məhsul üzrə hər hansı bir sənəd tələb edəcəksə bu onda həmin sənədlər skan edilərək portala əlavə edilir.

Sonda Potensial istehsalçı düyməsini basmaqla həmin məhsulu satmaq niyyətini bildirir. Göndərilən

təkliflər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunana kimi “Təkliflər” alt menyusunda yerləşir.

Potensial istehsalçı təklifləri yerləşdirdikdən sonra şəxsi kabinetə qayıtmaq üçün aşağıdakı şəkildən göründüyü kimi Şəxsi Səhifə alt menyusuna basmalıdır.

Əgər göndərilən təklif Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi tərəfindən təsdiqlənərsə onda həmin təklif “Təsdiqlənən Təkliflər” alt menyusunda əks olunacaq

Əgər Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi potensial istehsalçının elektron portal vasitəsilə göndərdiyi təklifdə hər hansı bir çatışmamazlıq aşkar edərsə həmin təklifə

İmtina verir. İmtina verdikdə həmçinin imtina səbəbini də göstərir. Həmin məhsul Satıcının şəxsi kabinetində “Yarasız Sayılan Təkliflər ” alt menyusuna

düşür.

Eynilə “Satınalma Agentliyi” verilən təkliflə də razılaşmaya bilər. Satınalma Agentliyi portaldan təklifləri götürür və yerində yoxlayır. Yoxlama zamanı aşkar

edilsə ki, məhsul haqqında daxil edilən məlumatlar reallığı əks etdirmir, onda “Satınalma Agentliyi” bu təkliflə bağlı öz iradını bildirir və təklif yenidən

“Yarasız Sayılan Təkliflər ” alt menyusuna düşür.

Ola bilər ki, imtinanın səbəbi xırda bir düzəlişlə bağlıdırsa, onda Satıcı həmin məlumata düzəliş edir və yenidən satmaq niyyətini bildirir və həmin məhsul

“Təkliflər” alt meyusuna düşür. Bundan sonra “Satınalma Agentliyi” tərəfindən təsdiq gözləyir.

Təsdiq aldıqdan sonra həmin təklif saytın “Təkliflər” menyusunda əks olunur.

“Yayımdan çıxan təkliflər” alt menyusunda elan vaxtı bitmiş təkliflər əks olunacaq