Satınalan Təşkilatların tələbatlarının daxil edilməsi

Təşkilatın istifadəçisi ona verilən istifadəçi adı və şifrə vasitəsilə portala daxil olur və ekranda təşkilatın şəxsi kabineti əks olunur.

Şəxsi kabinetdə əks olunan menyuların iş prinsipi aşağıda ətraflı şəkildə izah edilmişdir.

1. düyməsini basdıqda aşağıdakı forma əks olunur.

Təşkilat məhsul tələbatını daxil edərkən əvvəlcə edərkən əvvəlcə tələbatın göndəriləcəyi ünvanı seçir. Daha doğrusu tabeliyində olan təşkilatın adını siyahıdan

seçir.

Tələb ediləcək məhsulu siyahıdan seçirik və ölçü vahidini təyin edirik..

Hər bir məhsul üzrə ayrıca təchizat təqvim planı tərtib edilir.

Daxil ediləcək məhsulun gələcəkdə çatdırılma qrafiki təyin edilir. Bu qrafik gündəlik, həftəlik, aylıq, rüblük və illik təyin edilə bilər.

Bu qrafikdən birini seçdikdən sonra aylar seçilir. Hər bir seçilmiş aylar üzrə ayrı-ayrılıqda məhsulun həcmi, catdırılma günü və saatı təyin edilir.

Bütün parametrlər daxil edildikdən sonra sifarişi düyməsi vasitəsilə əlavə edirik.

Təşkilat üzrə bütün sifarişləri daxil etdikdən sonra düyməsi vasitəsilə daxil edilmiş bütün sifarişlərin siyahısı

formatında kompüterə yüklənilir.

Həmin sənəd çap edilərək rəhbərlik tərəfindən təsdiqlənir və skan edilərək həmin sənəd portal vasitəsilə sistemə daxil edilir.

İmzalanmış elektron sənəd sistemə daxil edildikdən sonra sifarişlər düyməsi vasitəsilə

Kənd Təsərrüfatı Nazirliyinə göndərilir.

Göndərilən tələbatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunana kimi Tələbatlarım alt menyusunda yerləşir.

İstifadəçi sifarişləri yerləşdirdikən sonra şəxsi kabinetə qayıtmaq üçün aşağıdakı şəkildən göründüyü kimi Şəxsi Səhifə alt menyusuna basmalıdır.

2. menyusuna daxil olarkən aşağıdakı alt menyu əks olunur.

2.1.Təsdiqlənən Tələbatlarım alt menyusunda Kənd Təsərrüfatı Nazirliyinə göndərilmiş və təsdiq edilmiş tələbatların siyahısı əks olunur.

2.2.Tələbatlar alt menyusunda Kənd Təsərrüfatı Nazirliyinə göndərilmiş və təsdiqi gözlənilən tələbatların siyahısı əks olunur.

2.3.Vaxtı Bitmiş Tələbatlarım alt menyusunda sifariş edilmiş məhsulların alınma müddəti bitmiş tələbatların siyahısı əks olunur.

2.4.Yararsız sayılan Tələbatlarım alt menyusunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən səbəblərə görə imtina edilmiş tələbatların siyahısı əks

olunur.

Bu alt menyuda olan sifarişə aşağıdakı düymə vasitəsilə düzəliş etmək mümkündür.

Düzəliş etdikdən sonra həmin tələbatlar Tələbatlarım alt menyusunda əks olunacaq və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqini gözləyəcək.

2.5.Kənd Təsərrüfatı Nazirliyinə Göndərilməmiş Tələbatlarım alt menyusunda portala daxil edilmiş, amma təsdiq üçün Kənd Təsərrüfatı Nazirliyinə

göndərilməmiş tələbatlar siyahısı əks olunur.

3.menyusuna daxil olarkən aşağıdakı alt menyu əks olunur.

4. menyusunda həmin təşkilata daxil olan alt təşkilatların siyahısı əks olunur.

Əgər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sizə alt təşkilat yaratmaq səlahiyyəti veribsə, onda düyməsini basmaqla alt təşkilat yaratmaq olar.

Hər bir alt təşkilatın qarşısında olan düymələrin fəaliyyəti aşağıda əks olunmuşdur.

düyməsi vasitəsilə üzərində durulan alt təşkilatın haqqında qısa məlumat almaq mümkündür

düyməsi vasitəsilə üzərində durulan alt təşkilatın məlumatlarını redaktə etmək mümkündür ( Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən

səlahiyyət verilməlidir).

düyməsi vasitəsilə üzərində durulan alt təşkilatı ləğv etmək mümkündür ( Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səlahiyyət verilməlidir).

düyməsi vasitəsilə üzərində durulan alt təşkilatın altında da yeni bir təşkilat yaratmaq mümkündür ( Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən

səlahiyyət verilməlidir).

Yeni alt təşkilatın yaradılması və redaktəsi zamanı aşağıdakı xanalar doldurulmalıdır.