Potensial istehsalçı siyahısında olan istehsalçının qeydiyyatı Yüklə

Potensial istehsalçıların (Fiziki şəxs) siyahısı və istehsal etdiyi məhsul haqqında məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin yerli İdarələri tərəfindən

əvvəlcədən yerləşdirilir. Potensial İstehsalçılar öz adlarını tapmaq üçün sayta daxil olur və əsas səhifədə yerləşən menyularda Potensial İstehsalçılar

menyusuna daxil olurlar. Əgər hər hansı bir potensial istehsalçı öz adını elektron portalda aşkar etmədikdə o, özü fərdi qaydada Azərbaycan Respublikasının

Kənd Təsərrüfatı Nazirliyinin yerli İdarələrinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət

Agentliyinin tabeliyində olan istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal

elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir.

QEYD: İstehsalçı həmçinin fərdi qaydada Portaldan qeydiyyatdan keçərək özünü potensial

istehsalçı kimi təsdiq etmək üçün müraciət edə bilər (Onun Potensial istehsalçı olduğunu Kənd Təsərrüfatı Nazirliyi təsdiq etməlidir) və məhsullarını satmaq

niyyətini bildirə bilər.

Potensial İstehsalçılar menyusuna daxil olduqdan sonra aşağıdakı səhifə açılır.

Burda potensial istehsalçı özünü tapmaq üçün solda yerləşən region üzrə axtarışdan və ya səhifənin başında yerləşən paneldən hər sütün üzrə axtarış

edə bilər. Nümunələr aşağıdakı şəkillərdə göstərilmişdir.

a) Regionlara görə axtarış paneli (Misal:Sumqayıt şəhəri)

b) Sütünlarla axtarış (Misal: Rasim)

Potensial istehsalçı öz adını siyahıda tapdıqdan sonra adının qarşısındakı işarəsinə basmaqla qeydiyyat səhifəsinə keçid edir.

Burda düyməsinə basaraq növbəti səhifəyə keçid edirik.

Potensial istehsalçı Fiziki Şəxs olduğunu seçir.

Potensial istehsalçı “Fiziki şəxs” seçir və şəxsiyyət vəsiqəsindən “FİN” kodu daxil edir.

FİN kod ( FİN kod qırmızı rənglə verilmişdir)

Fiziki şəxs seçilir və FİN kod daxil edilirək düyməsi basılır.

“Yoxla” düyməsi basıldıqdan sonra Potensial istehsalşçının məlumatları İAMAS-a qoşularaq avtomatik gətirilir.Əgər heç bir məlumat gəlməsə potensial

istehsalçı daxil etdiyi “FİN” kodu yoxlayır.

İAMAS-dan gələn məlumatlardan əlavə Potensial İstehsalçı aşağıdakı digər məlumatları doldurur. İstifadəçi adı (bu xana məcburidir və gələcəkdə portalda

kabinetə daxil olmaq üçün istifadə edilir.

İsitfadəçi adi təkrarlanmamlıdır.Əgər istifadəçi adı təkrarlanacaqsa sistem bu barədə ekrana məlumat çixaracaq və başqa istifadəçi adın daxil edilməsini

təklif edəcək)

Şifrə (bu xana məcburidir və gələcəkdə portalda şəxsi kabinetə girmək üçün istifadə edilir)

E-poçt (bu xana məcburi deyildir. Əgər elektron poçtunuz varsa həmin ünvana portal tərfindən şəxsi kabinetin aktiv edilməsi barədə məlumat gələcək)

Mobil nömrə (bu xana məcburidir. Mobil nömrə şəxsin özünə aid olmalıdır. Bir mobil nömrə bir potensial istehsalçının qeydiyyatdan keçməsi üçün keçərlidir.

Əgər həmin mobil nömrə portaldan qeydiyyatdan keçibsə sistem bu barədə ekrana məlumat çixaracaq və başqa mobil nömrənin daxil edilməsini təklif

edəcək. Şəxsi kabinet aktiv edildikdən sonra bu barədə həmin nömrəyə qısa mesaj gələcək)

Təhsil (bu xana məcburi deyildir)

İŞ (bu xana məcburi deyildir)

Bütün xanalar doldurulduqdan sonra düyməsi basılır və Potensial istehsalçının qeydiyyatdan keçməsi barədə ekrana mesaj gəlir.Mesajı

bağladıqdan sonra Potensial İstehsalçı üçün avtomatik olaraq sistemə daxil olma pəncərəsi aktiv olur.

Potensial istehsalçı qeydiyyatdan keçdiyi zaman seçdiyi isitfadəçi adı şifrəni daxil edərək şəxsi kabinetinə daxil olur.

Potensial istehsalçı şəxsi kabinetə daxil olduqdan sonra səhifədə 2 əsas menyu olur. və potensial istehsalçının soyadı və adına uyğun

(Misal ) menyusu.

Potensial istehsalçının adına uyğun olan menyunun (Misal )) təsviri aşağıdakı kimidir.

Potensial istehsalçı özünə aid olan şəxsi məlumatları bu menyu vasitəsilə dəyişə bilər