Potensial İstehsalçıları siyahısında olmayan istehsalçının Yüklə

təklif verməsi

İstehsalçı (Potensial İstehsalçı və ya Satıcı) öz şəxsi kabinetinə daxil olduqdan sonra düyməsini basmaqla satmaq niyyətində olduğu

məhsullar haqqında məlumatı daxil edir.

İstehsalçı sıra ilə bütün xanaları doldurur. Satıcı əvvəlcə məhsulun mənşəyi haqqında məlumatı daxil edir. Məhsulun mənşəyi dedikdə istehsal edilən ölkə

nəzərdə tutulur. Əgər məhsul yerli məhsuldursa Azərbaycan Respublikası seçılır. Seçim avtomatikdir.

Məhsulun yerləşdiyi ünvanı daxil edirik. Burda kənd və qəsəbələrin də dəqiq daxil edilməsi lazımdır.

İstehsalçı satmaq niyyətində olduğu məhsulun adını və ölçü vahidini seçir.

İstehsalçı hər bir məhsul üzrə ayrıca tədarük təqvim planı tərtib edir.

Təklif ediləcək məhsulun gələcəkdə tədarük qrafiki təyin edilir. Bu qrafik gündəlik, həftəlik, aylıq, rüblük və illik təyin edilə bilər. Bu qrafikdən birini seçdikdən

sonra aylar seçilir. Hər bir seçilmiş aylar üzrə ayrı-ayrılıqda məhsulun həcmi, qiyməti (bir ölçü vahidinə düşən), tədarük günü və saatı təyin edilir.

Əgər Kənd Təsərrüfatı Nazirliyi həmin məhsul üzrə hər hansı bir sənəd tələb edəcəksə bu onda həmin sənədlər skan edilərək portala əlavə edilir.

Sonda İstehsalçı düyməsini basmaqla həmin məhsulu satmaq niyyətini bildirir. Göndərilən

təkliflər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunana kimi “Təkliflər” alt menyusunda yerləşir.

İstifadəçi təklifləri yerləşdirdikdən sonra şəxsi kabinetə qayıtmaq üçün aşağıdakı şəkildən göründüyü kimi Şəxsi Səhifə alt menyusuna basmalıdır.

Əgər göndərilən təklif Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi tərəfindən təsdiqlənərsə onda həmin təklif “Təsdiqlənən Təkliflər” alt menyusunda əks

olunacaq

Əgər Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi potensial istehsalçının elektron portal vasitəsilə göndərdiyi təklifdə hər hansı bir çatışmamazlıq aşkar edərsə

həmin təklifə İmtina verir. İmtina verdikdə həmçinin imtina səbəbini də göstərir. Həmin məhsul potensial istehsalçının şəxsi kabinetində “Yarasız Sayılan

Təkliflər ” alt menyusuna düşür

Eynilə “Satınalma Agentliyi” verilən təkliflə də razılaşmaya bilər. Satınalma Agentliyi portaldan təklifləri götürür və yerində yoxlayır. Yoxlama zamanı aşkar

edilsə ki, məhsul haqqında daxil edilən məlumatlar reallığı əks etdirmir, onda “Satınalma Agentliyi” bu təkliflə bağlı öz iradını bildirir

və təklif yenidən “Yarasız Sayılan Təkliflər ” alt menyusuna düşür.

Ola bilər ki, imtinanın səbəbi xırda bir düzəlişlə bağlıdırsa, onda Potensial Istehsalçı həmin məlumata düzəliş edir və yenidən satmaq niyyətini bildirir və

həmin məhsul “Təkliflər” alt meyusuna düşür. Bundan sonra “Satınalma Agentliyi” tərəfindən təsdiq gözləyir.

Təsdiq aldıqdan sonra həmin təklif saytın “Təkliflər” menyusunda əks olunur.

“Yayımdan çıxan təkliflər” alt menyusunda elan vaxtı bitmiş təkliflər əks olunacaq