Satıcıların təklif verməsi Yüklə

Satıcı öz şəxsi kabinetinə daxil olduqdan sonra düyməsini basmaqla satmaq niyyətində olduğu məhsullar haqqında məlumatı daxil edir.

Satıcı sıra ilə bütün xanaları doldurur. Satıcı əvvəlcə məhsulun mənşəyi haqqında məlumatı daxil edir. Məhsulun mənşəyi dedikdə istehsal edilən ölkə

nəzərdə tutulur. Əgər məhsul yerli məhsuldursa Azərbaycan Respublikası seçılır. Seçim avtomatikdir.

Məhsulun yerləşdiyi ünvanı daxil edirik. Burda kənd və qəsəbələrin də dəqiq daxil edilməsi lazımdır.

Satıcı satmaq niyyətində olduğu məhsulun adını və ölçü vahidini seçir.

Satıcı hər bir məhsul üzrə ayrıca tədarük təqvim planı tərtib edir.

Təklif ediləcək məhsulun gələcəkdə tədarük qrafiki təyin edilir. Bu qrafik gündəlik, həftəlik, aylıq, rüblük və illik təyin edilə bilər. Bu qrafikdən birini seçdikdən

sonra aylar seçilir. Hər bir seçilmiş aylar üzrə ayrı-ayrılıqda məhsulun həcmi, qiyməti (bir ölçü vahidinə düşən), tədarük günü və saatı təyin edilir.

Əgər Kənd Təsərrüfatı Nazirliyi həmin məhsul üzrə hər hansı bir sənəd tələb edəcəksə bu onda həmin sənədlər skan edilərək portala əlavə edilir.

Sonda Satıcı düyməsini basmaqla həmin məhsulu satmaq niyyətini bildirir. Göndərilən

təkliflər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunana kimi “Təkliflər” alt menyusunda yerləşir.

Satıcı təklifləri yerləşdirdikdən sonra şəxsi kabinetə qayıtmaq üçün aşağıdakı şəkildən göründüyü kimi Şəxsi Səhifə alt menyusuna basmalıdır.

Əgər göndərilən təklif Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi tərəfindən təsdiqlənərsə onda həmin təklif “Təsdiqlənən Təkliflər” alt menyusunda əks olunacaq

Əgər Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsi satıcının elektron portal vasitəsilə göndərdiyi təklifdə hər hansı bir çatışmamazlıq aşkar edərsə həmin təklifə

İmtina verir. İmtina verdikdə həmçinin imtina səbəbini də göstərir. Həmin məhsul Satıcının şəxsi kabinetində “Yarasız Sayılan Təkliflər ” alt menyusuna

düşür.

Eynilə “Satınalma Agentliyi” verilən təkliflə də razılaşmaya bilər. Satınalma Agentliyi portaldan təklifləri götürür və yerində yoxlayır. Yoxlama zamanı aşkar

edilsə ki, məhsul haqqında daxil edilən məlumatlar reallığı əks etdirmir, onda “Satınalma Agentliyi” bu təkliflə bağlı öz iradını bildirir və təklif yenidən

“Yarasız Sayılan Təkliflər ” alt menyusuna düşür.

Ola bilər ki, imtinanın səbəbi xırda bir düzəlişlə bağlıdırsa, onda Satıcı həmin məlumata düzəliş edir və yenidən satmaq niyyətini bildirir və həmin məhsul

“Təkliflər” alt meyusuna düşür. Bundan sonra “Satınalma Agentliyi” tərəfindən təsdiq gözləyir.

Təsdiq aldıqdan sonra həmin təklif saytın “Təkliflər” menyusunda əks olunur.

“Yayımdan çıxan təkliflər” alt menyusunda elan vaxtı bitmiş təkliflər əks olunacaq